Pedro Enrike: “Bəlkə də bir gün “Qarabağ”a geri döndüm”

Pedro Enrike: “Bəlkə də bir gün “Qarabağ”a geri döndüm”
01:07 11 Noyabr 2019
118 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda səfərdə olan "Qarabağ"ın sabiq futbolçusu, hazırda TürkiyəKayserispor”unda çıxış edən Pedro Enrike evdə “Zirə” ilə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XI tur matçından sonra brifinq keçirib. Braziliyalı hücumçu “Report”un əməkdaşının da iştirak etdiyi müsahibədə sualları cavablandırıb...
- Bakıya səfəriniz nə ilə əlaqədardır?
- Burada çoxlu dostlarım var onları görmək üçün gəlmişəm. Həmçinin "Qarabağ" karyeramda xüsusi yerə sahibdir. Biz birlikdə çoxlu oyunlar keçirmiş, qələbələr qazanmışıq. Bəlkə də bir gün nə vaxtsa "Qarabağ"a geri döndüm.
- Siz özünüz geri qayıtmaq istəyirsiniz?
- Hazırda başqa klubla müqaviləm var. Ona görə də bu barədə danışmağım doğru olmaz. Buradakı dostlarımla daim əlaqədəyəm.
- "Qarabağ"ın oyunlarını izləyirsinizmi?
- Əlbəttə, çempionatda və Avropa Liqasındakı oyunları izləyirəm. Sonuncu oyunda komanda APOEL-ə məğlub oldu. Artıq həmin oyunu yaddan çıxarıb növbəti matç barədə düşünmək lazımdır.
- "Qarabağ"da, yoxsa "Kayserispor"da oynamaq sizə rahatdır?
- Türkiyə çempionatı özünəməxsus sərtliyi olan liqadır. Hər matç gərgin keçir. Əlbəttə, hər iki komandada oynamağın öz çətinliyi və rahatlığı var. Mən hər zaman diqqətimi oyuna verir və daim matça köklənməyə çalışıram.
- Axırıncı məğlubiyyətdən sonra "Qarabağ"ın qrupdan çıxma şanslarını necə qiymətləndirirsiniz?
- İnanmıram ki, komanda növbəti mərhələyə çıxmayacaq. Ümid edirəm ki, “Qarabağ bunu bacaracaq.
- “Qarabağ”da qalmağınıza nə mane olmuşdu?
- Həmin vaxt vəziyyət qarışıq idi. “PAOK”-la müqaviləm qüvvədəydi. “PAOK”da qalmaq istəyirdim, ancaq “Astana”ya gedəsi oldum. Orada bir az problemlərim oldu. Bu kluba keçməkdənsə, "Qarabağ"da qalmaq daha yaxşı olardı. Bu, mənim sabiq komandam olan PAOK-un qərarı idi.
Astanada Avropa passportlu oyunçuların çoxluğu ilə bağlı problemlər oldu və futbolda belə şeylər olur. Amma dediyim kimi Astanaya keçmək mənim öz qərarım yox “PAOK”un qərarı idi.


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/pedro-enrike-belke-de-bir-gun-qarabag-a-geri-dondum

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR