Bakı. Trend:

Boliviya polisi eks-prezident Evo Moralesi saxlamaq istəyir.

Trend-in məlumatına görə, bu barədə ölkə Səhiyyə Naziri Qabriela Montanyo bildirib.

Q.Montayo deyib: "Boliviya polisi qanunsuz olaraq Evo Moralesi saxlamaq niyyətindədir, bu dəlilik barədə dünyaya bildiririk".

Moralesin başçılıq etdiyi Boliviyanın bütün yüksək rəhbərliyi bir neçə saat əvvəl istefa verib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin