Nazirlik vergidən yayınan spirtli içki istehsalçılarına xəbərdarlıq edib

Nazirlik vergidən yayınan spirtli içki istehsalçılarına xəbərdarlıq edib
18:12 16 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 16 Yanvar 2015 18:08 ]

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Vergilər Nazirliyində spirtli içkilər və tütün məmulatları istehsal edən vergi ödəyiciləri ilə görüş keçirilib.

Nazirliyin Analitik-informasiya şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, görüşdə “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 30 dekabr 2014-cü il tarixli 1167-IVQD nömrəli Qanununda ölkədə istehsal olunan içməli spirtə, pivəyə, spirtli içkilərə və tütün məmulatlarına tətbiq edilən aksizin dərəcələrinin dəyişdirilməsi məsələsi müzakirə olunub.

 

Görüşdə vergilər nazirinin Audit və operativ nəzarət sahələri üzrə müşaviri İlqar Əhmədov çıxış edərək, spirtli içkilər və tütün məmulatlarının satışı zamanı vergidən yayınma hallarına yol verilməməsi, bu məhsulların istehsalı ilə məşğul olan müəssisələrdə kvota üzrə müəyyən edilən istehsal həcminin ciddi nəzarətdə saxlanılması və təqdim edilən hesabatlarda istehsal həcminin real əks etdirilməsinin zəruriliyi qeyd edilib.

 

Bildirilib ki, aksiz vergisi üzrə real istehsal həcminin müəyyən edilməsi məqsədilə vergi orqanları tərəfindən aksizli mallar istehsal edən vergi ödəyicilərinin fəaliyyəti müntəzəm nəzarətdə saxlanılır və  nəticələr hesabat məlumatları ilə müqayisə edilir.

 

2014-cü il ərzində aksiz markalarının tətbiqinə dair keçilmiş nəzarət işlərinin nəticələrinə toxunan İ. Əhmədov bildirib ki, 1754 nəzarət aparılmış obyektdən 897-da 10821 ədəd aksizsiz malların və 857 ədəd saxta aksizli malların satış məqsədi ilə saxlanması faktı aşkar edilib. Aşkar edilmiş faktlar üzrə qanunamüvafiq tədbirlər görülüb.

 

Gələcəkdə qanun pozuntularına yol verilməməsi məqsədi ilə vergi ödəyiciləri ilə vergi orqanı arasında partnyorluq və qarşılıqlı əməkdaşlıq şəraitində münasibətlərin qurulmasının vacibliyi bir daha vergi ödəyicilərinin diqqətinə çatdırılıb, qanunvericiliyin tələblərinə riayət edilməsi vergi ödəyicilərinə  tövsiyə edilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR