Qvatemala ilə Salvador arasında 10 kilometr dərinlikdə 5,9 bal gücündə güclü zəlzələ baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Salvador Ətraf Mühit Nazirliyi bildirib.

Bildirilir ki, tələfat və dağıntılar barədə məlumat verilməyib.

Nazirlikdən deyilib ki, Qvatemala sahillərində zəlzələnin maqnitudası 5,9 olub.

Milli.Az