Belarus Rusiya hərbi bazasından imtina məsələsinə aydınlıq gətirib

Belarus Rusiya hərbi bazasından imtina məsələsinə aydınlıq gətirib
11:37 14 Noyabr 2019
68 Digər
Ölkə mətbuatı
A- A+

Belarus Rusiyadan "Su-30SM" qırıcılarının alınması müqabilində ölkədə Rusiya aviabazası yerləşdirməkdən imtina edib.
"Report" xəbər verir ki, bu barədə "Belarus 1" telekanalının efirində Belarus Təhlükəsizlik Şurasının katibi Stanislav Zas bildirib.
Onun sözlərinə görə, Belarusun hərbi aviasiya parkının yenilənməsi üçün Rusiyadan kömək istəməsindən sonra rəsmi Moskva hərbi baza yerləşdirmək təklifini irəli sürmüşdü: "Ancaq bunlar fərqli şeylərdir. Torpaqlarımızda hərbi hava bazasının yerləşdirilməsi öz hərbi aviabazamızın inkişafı problemini həll etmir".
S.Zas bildirib ki, belə olan təqdirdə onlar yeniləməni öz imkanları hesabına edəcəklər.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/belarus-rusiya-herbi-bazasindan-imtina-meselesine-aydinliq-getirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR