Latviyanın səfiri: "Azərbaycan XİN rəhbərinin Riqaya səfərini səbirsizliklə gözləyirik"

Latviyanın səfiri: "Azərbaycan XİN rəhbərinin Riqaya səfərini səbirsizliklə gözləyirik"
02:07 15 Noyabr 2019
115 Digər
Ölkə mətbuatı
A- A+

"Azərbaycan Latviyanın Cənubi Qafqazda əhəmiyyətli iqtisadi partnyorudur".
"Report"un məlumatına görə, bu barədə Latviya Respublikasının yaradılması Günü münasibəti ilə keçirilən qəbulda bu ölkənin Azərbaycandakı səfiri Daynis Qarançs bildirib.
Səfir son bir neçə ildə ölkələr arasında əmtəə dövriyyəsinin artdığını qeyd edib. "Latviyadan Azərbaycana bir vaxtlar əsasən qida məhsullarından ibarət olan malların ixracında indi dərmanlar və tikinti materialları əsas yer tutur", - deyə səfir bildirib.
D.Qarançs vurğulayıb ki, Latviya Azərbaycanda keçirilən tvinninq layihələr fəal iştirak edir və öz təcrübəsini bundan sonra da bölüşməyə hazırdır.
Onun sözlərinə görə, ikitərəfli əlaqələrin inkişafına həmçinin iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə hökümətlərarası komissiyanın fəaliyyəti impuls verir, iyulda Latviya hökuməti komissiyaya yeni rəhbər təyin edib.
Səfir həmçinin bildirib ki, Azərbaycanın xarici işlər naziri Elmar Mammədyarovun ən yaxın aylarda Riqaya səfərini səbirsizliklə gözləyir.


Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/latviyanin-sefiri-azerbaycan-xi-n-rehberinin-riqaya-seferini-sebirsi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR