Yüz minlərlə çexiyalı milyarder baş nazirə qarşı küçələrə çıxdı - BABİŞƏ ULTİMATUM VERİLDİ

Yüz minlərlə çexiyalı milyarder baş nazirə qarşı küçələrə çıxdı - BABİŞƏ ULTİMATUM VERİLDİ
15:42 17 Noyabr 2019
99 Dünya
Ölkə mətbuatı
A- A+

Ötən şənbə günü, noyabrın 16-da Praqada yüz minlərlə çexiyalı küçələrə çıxaraq baş nazir Andrey Babişin istefasını tələb edib.

Milli.Az Virtualaz.org-a istinadən xəbər verir ki, Parqanın mərkəzi Letna parkında baş tutan aksiyada təşkilatçıların bildirdiyinə görə, 300 mindən çox toplaşıb. Polis aksiyaçıların sayının 200 mini keçdiyini bildirir.

Mitinq müxalifətdə olan "Demokratiya üçün milyon an" hərəkatı tərəfindən təşkil olunub, iştirakçılar əllərində Avropa İttifaqının və Çexiyanın bayraqlarını tutublar. Aksiya korrupsiyaya qarşı mübarizə və Avropada birlik şüarları altında keçirilib. Aksiya iştirakçıları tələb ediblər ki, milyarder baş nazir ya öz biznes strukturlarını satmalıdır, ya da dekabrın 31-nə qədər istefa verməlidir. Əks halda onu yeni və davamlı etiraz aksiyaları gözləyir.

Andrey Babiş "Narazı vətəndaşlar aksiyası" (ANO) hərəkatının lideridir və 2017-ci ildə parlament seçkilərində populist şüarlarla  qalib gələrək baş nazir olub. "Forbes" jurnalının bildirdiyinə görə, 2018-ci ildə Babişin sərvəti 4.3 milyard dollar idi. O, "Agrofert" aqrokimya holdinqinin və bir neçə KİV-lərin sahibidir. Babişə qarşı ilk izdihamlı aksiya bu ilin iyun ayında keçirilmişdi.

64 yaşlı Babiş Slovakiyada anadan olub və orada böyüyüb. Həmin ölkədə Babişə qarşı kommunist rejimi və KQB ilə əməkdaşlıq ittihamı ilə təhqiqat aparılıb. Mitinqçiləri diqqəti buna yönədiblər ki, təhqiqat hələ də açıq qalır. Habelə Avropa İttifaqı Babişə qarşı maraqların toqquşması və korrupsiya şübhəsi ilə təhqiqat aparır.

Andrey Babiş habelə "Putinin adamı" hesab edilir və rusiyayönümlü siyasət aparır, Moskvaya simpatiyasını gizlətmir.

Baş nazir Praqadakı izdihamlı aksyaya münasibət bildirib və bunu "sağlam demokratiyanın əlaməti" adlandırıb. "Möhtəşəmdir ki, insanlar öz mövqelərini ifadə edirlər və heç kim onları təqib etmir, heç kim onlara hücum etmir. Və doğrudan da möhtəşəmdir ki, bizdə azad və demokratik seçkilər keçirilir, biz orada öz nümayəndələrimizi seçə bilirik",-Babiş bunları deyib və sonrakı şərhlərdən yayınıb. Amma bildirib ki, bazar günü Milli muzeydə mövqeyini ətraflı təqdim edəcək. "Ola bilsin sizlər təəcüblənəcəksiniz",-baş nazir deyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/802954.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR