Erkən ölümə nə səbəb ola bilər?

Erkən ölümə nə səbəb ola bilər?
22:17 17 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

ABŞ-dan və Kanadadan olan bir qrup alim, gündəlik hərəkət aktivliyində gözlənilməz dəyişkənlik müşahidə olunan yaşlı insanların travma alma, əlillik və ölüm riskinin daha yüksək olmasını bildirir.

Milli.Az deyerler.org-a istinadən bildirir ki,  13 il davam edən uzunmüddətli araşdırmada 1275 nəfər iştirak edib. Mütəxəssislər, bilək nahiyəsinə bərkidilmiş monitor vasitəsi ilə könüllülərin fiziki fəaliyyətini izləyib. Alimlər statistik modellərdən istifadə edərək, iştirakçıların təsadüfi olaraq 1-90 dəqiqə ərzində və ya iki saatdan artıq daha aktiv və ya sakit hərəkət etməsi onların növbəti 13 il ərzində gündəlik fəaliyyətinin zəifləməsini, əlilliyin inkişaf etmə riskinin artdığını nümayiş etdirmişdir. Qeyri-adi aktivlik fəaliyyətinə sahib olan insanlar da 1,6 dəfə daha tez dünyadan gedirdi. ABŞ-ın Harvard Tibb Məktəbinin alimləri, yaxın vaxtlarda bu mövzuda kəşfləri haqda məlumatlar verib. Məlum olmuşdur ki, demensiya və epilepsiya ilə əlaqəli olan beynin yüksək neyron aktivliyi (beynin müxtəlif sahələri arasında davamlı çarpaz informasiya mübadiləsi) qocalmada rol oynayaraq insan ömrünün qısa olmasına təsir edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/801388.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR