AVRO-2020: Final mərhələsinə yüksələn daha iki komandanın adına aydınlıq gələcək

AVRO-2020: Final mərhələsinə yüksələn daha iki komandanın adına aydınlıq gələcək
07:22 18 Noyabr 2019
100 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsində sonuncu turun növbəti oyunları keçiriləcək.
"Report"un məlumatına görə, ikinci oyun günündə 3 qrupda 8 qarşılaşma təşkil olunacaq.
F qrupunda İspaniya və İsveç, J qrupunda isə Finlandiya ilə İtaliya final mərhələsinə yüksəlib.
D qrupunda isə həlledici raunda yüksələnlər bəlli deyil. Qrupun lideri Danimarka İrlandiyanın qonağı olacaq. Növbəti mərhələ üçün Danimarkanı heç-heçə də qane edir. İrlandiya isə mütləq qələbə qazanmalıdır.
İsveçrə isə səfərdə Cəbəllütariqla üz-üzə gələcək və qələbə sayəsində digər görüşün nəticəsindən asılı olmayaraq istəyinə nail olacaq.
AVRO-2020
Seçmə mərhələ, X tur
18 noyabr
D qrupu
23:45. Cəbəllütariq - İsveçrə
23:45. İrlandiya - Danimarka
Xal durumu: Danimarka - 15 (7), İsveçrə - 14 (7), İrlandiya – 12 xal (7 oyuna), Gürcüstan – 8 (8), Cəbəllütariq – 0 (7).
F qrupu
23:45. Malta - Norveç
23:45. İspaniya - Rumıniya
23:45. İsveç - Farer adaları
Xal durumu: İspaniya – 23 xal (9 oyuna), İsveç - 18 (9), Rumıniya – 14 (9), Norveç - 14 (9), Farer adaları - 3 (9), Malta - 3 (9).
J qrupu
23:45. Yunanıstan - Finlandiya
23:45. İtaliya - Ermənistan
23:45. Lixtenşteyn - Bosniya və Herseqovina
Xal durumu: İtaliya – 27 (9 oyuna), Finlandiya – 18 (9), Yunanıstan – 11 (9), Ermənistan - 10 (9), Bosniya və Herseqovina – 10 (9), Lixtenşteyn –2 (9).

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/avro-2020-final-merhelesine-yukselen-daha-iki-komandanin-adina-aydin

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR