Şarl Lekler və Sebastyan Fettel Braziliya Qran-prisindəki toqquşmalarını şərh ediblər

Şarl Lekler və Sebastyan Fettel Braziliya Qran-prisindəki toqquşmalarını şərh ediblər
16:22 18 Noyabr 2019
84 Digər
Ölkə mətbuatı
A- A+

İtaliya “Ferrari”sinin pilotu Şarl Lekler “Formula 1” üzrə Braziliya Qran-prisində komanda yoldaşı Sebastyan Fettellə toqquşmasını şərh edib.
“Report” xəbər verir ki, 22 yaşlı monakolu pilot “GranPX” portalına açıqlamasında komandanın rəhbəri Mattia Binottonun onların davranışını “axmaqlıq” adlandırması ilə razılaşmadığını söyləyib. 
“Əminəm ki, heç birimiz axmaq bir şey etmədik. Ancaq ikimiz də belə halların baş verməsinin düzgün olmadığını anlayacaq qədər yetkin insanlarıq. İkimiz də dünya çempionatında üçüncü yer uğrunda mübarizə aparırıq. Çox təəssüflənirəm. Lakin qəzaya görə Sebastyanla münasibətlərimizin dəyişməyəcəyinə əminəm” deyə o, vurğulayıb.
Fettel isə qəzanı belə şərh edib: “Deyirlər ki, sola keçdim? Ona görə ki, sağda boş yerim yox idi. Ümumiyyətlə, ikinci döngədən sonra komanda yoldaşımdan daha yaxşı idim və üçüncü sıradakı rəqibə hücum etməyə çalışırdım. İkimizin də finiş xəttinə çata bilməməyimiz üzücüdür”.
Qeyd edək ki, San-Pauluda iki pilotun iştirakı ilə baş verən qəza 66-cı dövrəyə təsadüf edib. Şarl Lekler Sebastyan Fetteli dördüncü yer uğrunda mübarizədə ötəndən sonra 32 yaşlı almaniyalı pilot mövqeyini qaytarmaq istəyib. Lakin o, ötməni düzgün etmədiyi üçün qəza baş verib. Nəticədə hər iki pilot mübarizəni dayandırıb.
Braziliya Qran-prisinin qalibi Avstriyanın “Red Bull” komandasının pilotu Maks Ferstappen olub. “Mercedes”in sürücüsü Lüis Hemilton isə çempionluğu erkən təmin edib.
2020-ci il Azərbaycan Qran-prisi 5 – 7 iyunda keçiriləcək.



Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/sarl-lekler-ve-sebastyan-fettel-braziliya-qran-prisindeki-toqqusmalarini-serh-edibler-vi-deo

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR