“Qalatasaray”da 2 şok itki

“Qalatasaray”da 2 şok itki
20:22 18 Noyabr 2019
135 İdman
Ölkə mətbuatı
A- A+

"Qalatasaray" klubu ciddi itkilərlə üzləşib.

Milli.Az xəbər verir ki, "cim-bom"un iki futbolçusu - Rayan Babel və Fernando Muslera sıradan çıxıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Hər iki oyunçu milli komandalarının düşərgələrində zədələnib.

Babel Hollandiya, Muslera isə Uruqvay millisinin heyətindən çıxarılıb. Hər iki futbolçunun son durumu Türkiyədə keçiriləcək tibbi müayinədən sonra bilinəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/803184.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR