Avropa Komissiyası 8 ölkəyə xəbərdarlıq edib

Avropa Komissiyası 8 ölkəyə xəbərdarlıq edib
18:22 20 Noyabr 2019
123 Digər
Ölkə mətbuatı
A- A+

Avropa Komissiyası Avropa İttifaqına daxil olan 8 ölkənin - Fransa, İtaliya, İspaniya, Belçika, Portuqaliya, Sloveniya, Slovakiya və Finlandiyanın 2020-ci il üzrə dövlət büdcəsi layihələrinin müəyyən edilmiş qaydalarına uyğun olmadığını müəyyən edib.
"Report" bu barədə xarici mətbuata istinadən xəbər verir. 
Məlumata görə, komissiya həmin ölkələrin yüksək dövlət borcunun olduğunu bəyan edəcək onları ehtiyatlı maliyyə siyasəti yürütməyə, aşağı faiz dərəcəsindən faydalanaraq borclarını azalmağa çağırıb. 
Xatırladaq ki, ittifaq qanunlarına görə, üzv ölkələrin büdcə kəsri ÜDM-in 3%-dən, dövlət borcları ÜDM-in 60%-dən çox olmamalıdır. Əks təqdirdə, bu ölkəyə intizam tədbiri tətbiq edilə bilər.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/avropa-komissiyasi-8-olkeye-xeberdarliq-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR