3-cü dəfə evləndiyi deyilən Azər: "Ailəmizdə yasdır" -

"Sizə qurban olum, bir xəbəri yazanda bizimlə dəqiqləşdirin. Bizim ailəmizdə yasdır". Bu sözləri 3-cü dəfə evləndiyi barədə xəbərlər yayılan aparıcı Azər Zahid deyib.

Metbuat.az xəbər verir ki, o, üçüncü dəfə nikah masasına oturacağını şayiə adlandırıb. Azər bildirib ki, hazırda onların ailəsində yasdır:
"Ailə üzvlərim hazırda yasdadır. Bu yaxınlarda əmim oğlu neft daşlarında suda batdı. Meyidi uzun axtarışdan sonra tapıldı. Toy yoxdur".
Azər bu haqda özünün "xeber24" "Youtube" kanalında açıqlama yayıb.
Qeyd edək ki, "qafqazinfo" saytı noyabrın 21-də Azərin üçüncü dəfə toy edəcəyi xəbəri yayıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR