Paytaxtda havanın çirkliliyi rekord səviyyəyə çatdı

Paytaxtda havanın çirkliliyi rekord səviyyəyə çatdı
17:33 21 Noyabr 2019
108 Digər
Ölkə mətbuatı
A- A+

Hindistanın paytaxtı Nyu-Dehlidə havanın çirklənmə səviyyəsi yenidən təhlükəli səviyyəyə çatıb.

Publika.az xəbər verir ki, Hindistan mətbuatının xəbərinə görə, paytaxtın bəzi bölgələrində havanın keyfiyyət indeksi 400-dən çoxdur.

Havanın bu dərəcədə çirklənməsinə səbəb isə sənayenin havaya buraxdığı emissiyalar, təsərrüfat məqsədilə anduzların yandırılması və çirkli dumanın küləklə paytaxta doğru daşınmasıdır.

Hava Keyfiyyəti və Proqnozlaşdırma-Araşdırma Sisteminə (SAFAR) görə, Nyu-Dehlidəki havanın keyfiyyəti 2 gün bu səviyyədə qalacaq. Mütəxəssislər kəskin nəm və sakit küləyin havadakı çirkli hissəciklərin dağılmasının qarşısını aldığını bildirir.

Ümumdünya Səhiyyə Təşkilatının ötən il açıqladığı hesabata görə, dünya miqyasında ən çirkli havaya malik 10 şəhər Hindistanda yerləşir.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/diger/296809.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR