Gürcüstan baş nazirinin müavini Bolnisiyə səfər edib

Gürcüstan baş nazirinin müavini Bolnisiyə səfər edib
13:42 22 Noyabr 2019
91 Digər
Ölkə mətbuatı
A- A+

Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Bolnisi rayonunda Ədliyyə Evinin inşası davam etdirilir.
“Report”un yerli bürosu xəbər verir ki, Gürcüstan baş nazirinin müavini, ədliyyə naziri Tea Tsulukiani Bolnisi rayonuna səfər edib.
O, rayonda Ədliyyə Evinin inşası üzrə aparılan işlərlə yaxından tanış olub.
Bolnisidə Ədliyyə Evinin inşasına ötən ilin dekabrında başlanılıb. Tikinti işlərinin bu ilin dekabr ayında başa çatdırılması nəzərdə tutulub.
Ədliyyə Evində 450-dən çox dövlət xidməti göstəriləcək.
Bolnisi Ədliyyə Evi Kvemo Kartli bölgəsi üzrə üçüncü, bütün Gürcüstan üzrə isə 24-cü ədliyyə evi olacaq. 

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/gurcustan-bas-nazirinin-muavini-bolnisiye-sefer-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR