Afrika Birliyindən İngiltərəyə tələb: Adalardan çəkil!

Afrika Birliyindən İngiltərəyə tələb: Adalardan çəkil!
20:47 22 Noyabr 2019
125 Dünya
Ölkə mətbuatı
A- A+

İngiltərə Mavrikiyə aid olan Çaqos adalarındakı müstəmləkə rejiminə son qoymalı və bölgədən çəkilməlidir.

Milli.Az Axar.az-a istinadən bildirir ki, bunu Afrika Birliyi Komissiyasının sədri Musa Faki Məhəmməd deyib. O, İngiltərənin BMT-nin qətnamələrini pozduğunu deyərək, bölgədəki müstəmləkə rejimindən narahat olduğunu bildirib.

Bölgənin müstəqilliyinə qovuşması üçün Mavrikiyə dəstək verəcəyini deyən təşkilat sədri İngiltərəyə çəkilməsi üçün verilən 6 aylıq müddətin bu gün başa çatdığını söyləyib.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası 22 mayda İngiltərədən 6 ay ərzində Çaqos adalarını Mavrikiyə təhvil verməsini tələb etmişdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/804512.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR