Argentinada Maurisio Makrinin hökuməti ölkənin 17 diplomatik nümayəndəsini geri çağırıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, diplomatik nümayəndələr hazırki prezidentin səlahiyyətlərinin başa çatdığı gün - 10 dekabra qədər istefaya getməlidirlər.

Rəsmi bülletendə dərc edilmiş fərmanda deyilir: "Adları çəkilən vəzifəli şəxslər 2019-cu ilin 9 dekabr tarixində ölkə ərazisinə qayıtmalıdırlar".

Bildirilir ki, Argentinanın Boliviyada, Kolumbiyada, Çilidə, Ekvadorda, Meksikada, Peruda, Uruqvayda, Kosta-Rikada, İspniyada, Portuqaliyada, Çində və ABŞ-da yerni səfirləri təyin olunacaq.

Digər fərmanla Argentinanın Vatikandakı nümayəndəsi də geri çağırılıb.

Milli.Az