Dünyanın ən yaxşı hakimləri açıqlanıb

2019-cu ilin ən yaxşı futbol hakimlərinin siyahısı açıqlanıb.

Metbuat.az-ın məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları (İFFHS) ölkələr üzrə nümayəndələri arasında keçirdiyi səsvermə ilə həm kişi, həm qadınlar arasında ən yaxşı ədalət təmsilçilərini müəyyənləşdirib.

Sloveniyalı Damir Skomina dünyanın ən yaxşı referisi olub. O, səsvermədə 136 xal toplayıb. Almaniyalı Feliks Brix ondan cəmi 7 xal geri qalıb. 3-cü olan hollandiyalı Byorn Kuypers 61 xal toplayıb.

Türkiyəli Cüneyt Çakır 5-ci olub. O, səsvermədə 47 xal yığıb.

Fransalı ədalət təmsilçisi Stefani Frappar ən yaxşı qadın hakim seçilib. O, 233 xalla həmkarlarını üstələyib. Rusiyalı Anastasiya Pustovoytova 93 xalla 2-ci, almaniyalı Bibiana Steynhaus 75 xalla 3-cü yeri tutub. (apasport)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR