Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
22:43 26 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0106022756 ISIN-li, 15 mln. manat həcmində, 1092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən Trend-ə bildirilib ki, hərrac zamanı 16 investor tərəfindən qiymət intervalı 94.9646 AZN (10.05000%) və 101.3105 AZN (8.0000%) olan 29 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 100.7837 (8.200%) orta ölçülmüş qiyməti 100.8152 (8.1880%) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 78,963,500.00 AZN yerləşdirilmiş həcmi isə 15,000,000.00 AZN təşkil edilib.

İstiqrazların ödəmə tarixi 22.11.2022-ci ildir.

Hərrac iştirakçıları 27 noyabr 2019-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/business/3154476.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR