Serbiyada külli miqdarda çətənə istehsal edilən laboratoriya aşkar edilib

Serbiyada külli miqdarda çətənə istehsal edilən laboratoriya aşkar edilib
23:08 26 Noyabr 2019
100 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Serbiya polisi Belqrad yaxınlığında marixuana istehsal edilən gizlin plantasiya və laboratoriyanı aşkar edib, orada təxminən 4 ton çətənə tapılıb.

Trend-in məlumatına görə, bu barədə Serbiyanın Daxili İşlər Nazirliyi bildirib.

Məlumata əsasən, marixuana istehsalı üçün olan yeraltı laboratoriyada ümumi çəkisi 3,9 min kiloqram olan 649,4 kiloqram hazır narkotik və 65,5 min narkotik bitki tapılıb.

Ərazisində əkin və laboratoriyanın yerləşdiyi kənd təsərrüfatı müəssisəsi rəhbərliyinin nümayəndəsi və narkotik vasitələrin qanunsuz istehsalında şübhəli bilinən şirkətin 8 əməkdaşı saxlanılıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/other/world/3154611.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR