Xiaomi şirkəti Mi Mix Alpha-nın qatlana bilən alternativinin patentini aldı

Xiaomi şirkəti Mi Mix Alpha-nın qatlana bilən alternativinin patentini aldı
23:22 26 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

Xiaomi şirkəti hələ bu ilin əvvəlində öz ilk qatalana bilən smartfon modelinin prototipini sərgiləmişdi. Lakin nəticədə həmin smartfon satışa çıxmadı. Yeni məlumat sızıntısına əsasən isə qatlana bilən smartfon modelinin satışa çıxmasının təxirə salınması onun dizayn dəyişikliyi ilə əlaqəli ola bilər.

Milli.Az technote.az-a istinadən bildirir ki, şirkətin yen patentində əks olunmuş cihaz sentyabr ayının sonunda təqdim edilmiş Mi Mix Alpha modelinin qatlana bilən alternativini xatırladır. .

    Şirkətin yeni patentində əks olunmuş smartfonun ekranı iki xətt üzrə qatlanmaya sahibdir. Lakin bu ilin əvvəlində sərgilənmiş prototipdən fərqli olaraq yeni smartfon assimetrik şəkildə qatlanır. Patentdəki cihazın daha bir özəlliyi ondan ibarətdir ki, onun kənar çərçivələrindən birində şaquli şəkildə yerləşdirilmiş 4 kamera var.

    Nəzərə alsaq ki, smartfon müxtəlif istiqamətlərdə qatlana bilir, həmin kameralar həm arxa həm də ön kameralar funksiyasını daşıyırlar. Patent fotolarında barmaq izi skanı texnologiyası əks olunmayıb. Bu isə o deməkdir ki, həmin texnologiya smartfon ekranına inteqrasiya ediləcək. Smartfonun texniki göstəriciləri barəsində bir məlumat yoxdur. Bəzi məlumatlara əsasən şirkət öz ilk qatlana bilən smartfon modelini gələn ilin ikinci rübündə təqdim etməyi planlaşdırır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/804452.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR