İraqda İran konsulluğuna hücum olunub

İraqda İran konsulluğuna hücum olunub
04:15 28 Noyabr 2019
150 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

İraq hakimiyyəti ölkənin cənub əyalətlərində İranın konsulluğuna hücumdan sonra təhlükəsizlik tədbirlərini artırır.

Trend-in "Al Arabiya"ya istinadən verdiyi məlumata görə, İranın konsulluqlarının yerləşdiyi Bəsrə və Kərbəlad da təhlükəsizlik tədbirləri artırılıb.

Bildirilir ki, bir qrup etirazçı İranın Nəcəf şəhərindəki konsulluğuna hücum edib və binaya girişi yandırıb. Daha sonra alov binanın digər hissələrinə də keçib. Hazırda yanğınsöndürənlər hadisə yerində yanğını söndürməyə çalışırlar.

"As Sumaria" telekanalının məlumatına əsasən, İran nümayəndəliyinə hücumdan sonra təhlükəsizlik qüvvələri kompleksi tərk ediblər və hazırda bina heç kim tərəfindən qorunmur. Binanın qarşısında isə bir qrup nümayişçi yanğınsöndürənlərə mane olmağa çalışırlar.

Vəziyyətlə əlaqədar səhiyyə və daxili işlər istisna olmaqla şəhərdə bütün dövlət müəssisələrinin işçiləri üçün istirahət günü elan edilib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/other/world/3155238.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR