Oğuz sakinindən narkotik vasitə aşkarlanıb

Oğuz sakinindən narkotik vasitə aşkarlanıb
10:17 28 Noyabr 2019
56 Digər
Ölkə mətbuatı
A- A+

Oğuz rayon sakini narkotik vasitə ilə saxlanılıb.
Bu barədə "Report"un Şimal-qərb bürosuna DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Məlumata görə, narkotik vasitə saxlamaqda şübhəli bilinən rayonun Xaçmaz kənd sakini Kür Zakirov saxlanılıb. 
Axtarış zamanı ondan 1 ədəd bükümdə 9,36 qr narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib. Davam etdirilən əməliyyat tədbirləri ilə K.Zakirovun idarə etdiyi “VAZ-2106” markalı avtomobilə baxış keçirilən zaman sellofan torbada 440 qr qurudulmuş marixuana aşkar olunaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/oguz-sakininden-narkotik-vasite-askarlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR