"Özümə həm sponsor, həm də sevgili axtarıram"

"Özümə həm sponsor, həm də sevgili axtarıram"
19:57 16 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Müğənni Mətanət Əsədova özünə bədxərc sevgili axtarır.
Milli.Az bildirir ki, axşam.az-ın məlumatına görə, “ATV maqazin”ə açıqlama verən sənətçi tənhalıqdan yorulduğunu deyib:
 
“Təklik pis şeydir, özümə can yoldaşı istəyirəm. Həm də dostum olsun, onunla hər bir dərdimi bölüşüm. Həmin adam çox ürəkli, təmizkar, düzgün danışmalı, bədxərc olmalıdır. Mənə baxanda bilsin ki, mən nə istəyirəm. Bir dəfə ərə getdim, yarımadım. İndi kimsə həyatıma girsə ailə qurmayacam, sevgili kimi qalacam”.
 
M.Əsədova “Siz sponsor, yoxsa sevgili axtarırsınız” sualına belə cavab verib:

“Hər ikisi olmalıdır. Onun qarşısına mənim kimi ideal qız çıxır. Pulsuz oğlan kimə lazımdır? Bacım uşaqlarına deyirəm ki, iş qurun, əlinizdə pul olsun, sonra qız sevin”.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR