İlin rəmzi komandası açıqlanıb

2019-cu ilin rəmzi komandası açıqlanıb.

Metbuat.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) ilin “11-liy”ini müəyyənləşdirib.

Qurumun ölkələrdəki nümayəndələri arasında səsvermə ilə tərtib olunan komanda 4-3-3 sistemi ilə qurulub. Heyətdə 3 niderlandlı, 2 portuqaliyalı yer alıbsa, İngiltərə, Braziliya, Belçika, Argentina, İspaniya və Seneqal bir oyunçu ilə təmsil olunub.

Qapıçı: Alisson Bekker (Braziliya, “Liverpul”);
Müdafiəçilər: Trent Aleksander-Arnold (İngiltərə, “Liverpul”), Vircil Van Diyk (Niderland, “Liverpul”), Matiys De Liqt (Niderland, “Ayaks”/“Yuventus”), Serxio Ramos (İspaniya, “Real”);
Yarımmüdafiəçilər: Frenki De Yonq (Niderland, “Ayaks”/“Barselona”), Bernardo Silva (Portuqaliya, “Mançester Siti”), Kevin De Breyne (Belçika, “Mançester Siti”);
Hücumçular: Lionel Messsi (Argentina, “Barselona”), Kriştianu Ronaldo (Portuqaliya, “Yuventus”), Sadio Mane (Seneqal, “Liverpul”).
Baş məşqçi: Yurgen Klopp (Almaniya, “Liverpul”). (apasport)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR