Rafael Ağayev ilk görüşdəcə məğlub oldu

Rafael Ağayev ilk görüşdəcə məğlub oldu
18:03 30 Noyabr 2019
159 İdman
Ölkə mətbuatı
A- A+

İspaniyanın paytaxtı Madriddə karate üzrə Premyer Liqa yarışı start götürüb.

Publika.az xəbər verir ki, Azərbaycanı bu turnirdə 17 idmançı təmsil edir.

Yarışın ilk günündə tatami üzərinə çıxan 6 karateçimizdən yalnız qadın millimizin üzvü Nuranə Əliyeva (-50 kq) bürünc medal uğrunda görüşə çıxmaq hüququ əldə edib.

Komandamızın lideri Rafael Ağayev (-75 kq) ilk görüşündəcə serbiyalı Lyubişa Mariçə (0:2), eləcə də digər idmançılarımız - Firdovsi Fərzəliyev (-60 kq), Rafiz Həsənov, Tural Ağalarzadə (hər ikisi -67 kq) və İlahə Qasımova (-55 kq) məğlub olaraq mübarizəni erkən dayandırıblar.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/idman/297731.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR