"Arsenal"ı çalışdırmaq mənim üçün şərəf idi" - Emeri

"Arsenal"ı çalışdırmaq mənim üçün şərəf idi" - Emeri
18:37 30 Noyabr 2019
139 İdman
Ölkə mətbuatı
A- A+

"Arsenal"ın sabiq baş məşqçisi Unai Emeri istefaya göndərilməsi haqda danışıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssis "topçular"ı çalışdırmağın şərəfli olduğunu deyib:

""Arsenal"ı çalışdırmaq mənim üçün şərəf idi. Bütün azarkeşlərə, "Arsenal"ın böyüklüyünü anlamağa və hiss etməyə kömək edən hər kəsə ürəkdən təşəkkür edirəm. Sizə demək istəyirəm ki, komandada həvəslə, sədaqətlə, səy göstərərək çalışmışam. Sizin üçün ən yaxşı nəticələrə nail olmaq istərdim. Bu klubda və bu oyunçularla işlədiyim üçün şanslı olduğumu düşünmədiyim 1 gün belə keçməyib. Həmişə geyindikləri formaya hörmətlə yanaşıblar. Onlar sizin dəstəyinizə layiqdirlər".

Qeyd edək ki, U.Emerinin istefaya göndərilməsindən sonra bu vəzifəyə müvəqqəti olaraq Fredrik Yunqberq təyin edilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/806551.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR