Trampın təhlükəsizliyini təmin edən möhtəşəm avtomobili

Trampın təhlükəsizliyini təmin edən möhtəşəm avtomobili
22:47 30 Noyabr 2019
131 Maraqlı
Ölkə mətbuatı
A- A+

Hər bir prezident üçün avtomobilinin təhlükəsizliyi ən önəmli meyardır. Donald Tramp hələ prezident olmazdan əvvəl də özünün ultralüks həyat tərzi ilə diqqət mərkəzində idi. Adını dünya liderləri siyahısına yazdırdıqdan sonra Ağ evdə siyasət karyerasına başlayan biznesmen-prezidentin xidməti maşını da göz qamaşdırır.

Milli.Az ted.az-a istinadən bu maşının xüsusiyyətləri haqqında məlumat veririk:

Maşında əsas üstünlük təhlükəsizliyə verilib. Bundan başqa, avtomobildə ehtiyac duyulan digər lüks cəhəti - rahatlığıdır. Nəqliyyat vasitəsi hər cür uğursuzluğa hazır şəkildə istehsal edilib. Gəlin Trampın "bədheybət" adlandırılan və özündə bir sıra fantastik xüsusiyyətləri daşıyan "Cadillac" markalı avtomobilini yaxından tanıyaq. Maşına nəzər saldıqda, ən diqqətçəkici xüsusiyyətin maksimum təhlükəsizlik olduğunu görürük. Amerika rəhbərinin "The Beast" - yəni "bədheybət" adlandırılan qara rəngli avtomobili demək olar ki, hər cür silahlara və hücumlara qarşı dözümlü şəkildə istehsal edilib.

"Cadillac" 8 ton ağırlığında 20 sm-lik zirehli qapıları və 15 sm-lik zirehli gövdəsi olan maşındır. Avtomobil ağır silahlı hücumlardan qoruna biləcək 5 qatlı gülləkeçirməz pəncərələrlə təchiz edilib. Şüşələr hətta zirehdeşici mərmilərə qarşı davamlıdır. Bu nəqliyyat vasitəsi minalara, kimyəvi-bioloji silahlara, hətta ballistik raket hücumundan belə, müdafiə qabiliyyətinə malikdir. Dəyəri 15 milyon dollar olduğu söylənilən bu fantastik avtomobilin pəncərə şüşələrinin qalınlığı 12 sm-dir. Qapılarının çəkisi isə "Boeing 757" təyyarəsinin qapılarının ağırlığına bərabərdir. Maşının bomba əleyhinə qoruyucu lövhə üzlüyü var. Avtomobilin, hətta yanacaq çəninin belə partladılması mümkünsüzdür. Avtomobil yaxından açılan atəş hücumunu asanlıqla zərərsizləşdirə bilər.

Maşının zirehli alt hissəsi mina hücumlarına qarşı dözümlü şəkildə yığılıb. Avtomobil mərmilərə belə, tab gətirə biləcək səviyyədədir. Onun vahiməli görünüşü isə hücum etmək istəyən şəxslərə əməlli-başlı psixoloji təzyiqdir. Nəqliyyat vasitəsinin ön hissəsində gecəgörmə kamerası, GPS izləmə sistemi və gözyaşardıcı qaz var. Bu sistem istisna hallarda operativ əlaqə ilə yardım almanı təmin edir. Mina partlayışına qarşı avtomobilin alt hissəsi də zirehlərlə üzlənib. "Cadillac" saatda 100-135 km sürətlə hərəkət edə bilir. 49 sm-lik təkərlər isə istənilən fövqəladə halda hərəkət etmə qabiliyyətinə malikdir. Avtomobil V8 mühərriki ilə çalışır. Maşın alüminium, titan və keramikadan hazırlanıb.

Keçək maşının daxili hissələrinə və kateqoriyalarına:

Maşında pnevmatik tüfənglər, fövqəladə hallara qarşı yanğınsöndürücü balonlar və vasitələr saxlanılır. Hücum və yaralanma riskinə qarşı avtomobildə qan ehtiyatı da hazır tutulur. Oturacağının altında gülləkeçirməz zireh yerləşdirilib. Zirehin yanında prezident köməkçisinə və Pentaqona birbaşa istiqamətlənən telefon xətti var. "Bədheybət"də hücumlara qarşı iki raket və gözyaşardıcı qaz saxlanılır. Qapılarının pəncərəsi çox az endirilə bilir. Maşının arxa oturacağının yanında həyəcan düyməsi və ehtiyat oksigen mənbəyi var. "Cadillac"ın maksimal tutumu 7 nəfərdir: arxada və öndə hərəsində 2 olmaqla 4, orta hissədə isə 3 sərnişin yerləşir. Maşının arxa işıqlarının altında raket mərmiləri hazır saxlanılır.

Avtomobili araşdırdıqdan sonra belə məlum olur ki, Tramp "General Motors"a hazırlatdığı bu avtomobildə istənilən hücumdan sağ çıxacaq. Bu səbəbdən avtomobil dünyanın ən təhlükəsiz və etibar edilə bilən nadir nəqliyyat vasitələrindəndir. Cəmi 12 ədəd hazırlandığı deyilən "Cadillac" tankın tam müasir formasıdır desək, yanılmarıq. Vasitə arxadan və öndən, yeraltı-yerüstü qəfil hücmlara qarşı davamlı əsl "Bədheybət"dir. Bu avtomobillərdən maşın karvanlarında hücumdan müdafiə taktikası kimi də istifadə edilə bilər. Beləliklə, avtomobilin sahib olduğu xüsusiyyətləri qarşısında istənilən növ silah aciz qalır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/805960.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR