Türkiyənin Bakıdakı oyunlarının başlama saatı açıqlandı - Avro-2020

Türkiyənin Bakıdakı oyunlarının başlama saatı açıqlandı -  Avro-2020
09:52 1 Dekabr 2019
160 İdman
Ölkə mətbuatı
A- A+

Avro-2020-nin A qrupunun Bakı Olimpiya Stadionunda keçiriləcək oyunlarının başlama saatları müəyyənləşib.

Milli.Az xəbər verir ki, bununla bağlı AFFA-nın saytı açıqlama yayıb. İlk matç iyunun 13-də saat 17:00-da (Mərkəzi Avropa vaxtı ilə saat 15:00-da) Uels və İsveçrə milliləri arasında olacaq.

Türkiyə millisinin iyunun 17-də Uels və iyunun 21-də İsveçrə ilə görüşləri isə saat 20:00-da (Mərkəzi Avropa vaxtı ilə saat 18:00-da) başlanacaq. Hazırda Bakı və Mərkəzi Avropa vaxtları arasında 3 saatlıq fərq mövcuddur. Lakin martın sonlarında bu fərq 2 saata enədək.

A qrupunda mübarizə aparacaq İtaliya milli komandası bu mərhələdəki hər 3 oyununu Roma şəhərindəki "Olimpiko" stadionunda keçirəcək.

Qeyd edək ki, qrupun üç matçından əlavə, 1/4 finalın bir matçı da Bakıda olacaq.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/806773.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR