"SOCAR Trading" Vyetnam neft emalı zavoduna Azərbaycan nefti tədarük edəcək

"SOCAR Trading" Vyetnam neft emalı zavoduna Azərbaycan nefti tədarük edəcək
12:36 1 Dekabr 2019
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Vyetnamın "Binh Son Refining and Petrochemical Co" dövlət neft emalı və neft-kimya şirkəti Azərbaycan Dövlət Neft Şirkəti ilə (SOCAR) saziş imzalayıb.

Trend-in məlumatına görə, sazişə əsasən, "SOCAR Trading" Vyetnamın "Dung Quat" neft emalı zavoduna beş milyon barrel neft tədarük edəcək.

Proses 2020-ci ilin birinci yarısında baş tutacaq.

Vyetnam şirkəti bildirib ki, 2020-ci ildən Azərbaycan nefti ölkənin strateji neft məhsullarından biri olacaq.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/business/energy/3156692.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR