Bərdədə baş verən ağır yol qəzasında 7 nəfər xəsarət alıb

Bərdədə baş verən ağır yol qəzasında 7 nəfər xəsarət alıb
12:47 1 Dekabr 2019
71 Digər
Ölkə mətbuatı
A- A+

Bərdə rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
"Report" un Qarabağ mərkəzinin verdiyi məlumata görə, hadisə rayonun Lək kəndi ərazisində qeydə alınıb.
Belə ki, "Lada" markalı iki minik avtomobili toqquşub. Nəticədə hər iki avtomobilin sürücüləri də daxil olmaqla, 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Onların şəxsiyyəti hələlik müəyyənləşməyib
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/berdede-bas-veren-agir-yol-qezasinda-7-nefer-xesaret-alib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR