Müğənni Hiss ilk dəfə danışdı: “Heç vaxt birinci Röya ola bilməyəcəksən” - VİDEOLAYİHƏ

Müğənni Hiss ilk dəfə danışdı: “Heç vaxt birinci Röya ola bilməyəcəksən” - VİDEOLAYİHƏ
15:28 2 Dekabr 2019
113 Digər
Ölkə mətbuatı
A- A+

“İstəmirəm” mahnısı ilə qısa müddətdə populyarlıq qazanan Hiss ləqəbli müğənni əsl adının Röya olduğunu açıqlayıb.

Publika.az-a müsahibə verən sənətçi neft-qaz mühəndisliyi ixtisası üzrə təhsil alsa da, yaradıcılığa və musiqiyə böyük həvəsi olduğunu deyib. Sənətdə gənc olan ifaçı yutubda baxış sayı 2 milyona yaxınlaşan klipindən və gələcək planlarından danışıb:

“Hazırda turizm sektorunda çalışıram, özüm-özümü maliyyələşdirirəm. Bəzən qardaşım da dəstək olur. Sponsorum yoxdur, olsa da qəbul etmərəm. Klip və mahnıları öz hesabıma ərsəyə gətirirəm. Müğənniliyə əvvəlcə Röya adı ilə başlamaq istəyirdim. Daha sonra dostum Emil dedi ki, adını mütləq dəyişməlisən. Çünki artıq bir Röya var, ikinci Röya olacaqsan, heç vaxt birinci Röya ola bilməyəcəksən. Onun bu sözləri beynimə girdi və razılaşdım. O, qarşıma şərt qoydu ki, azərbaycan dilində və insanların asanlıqla başa düşəcəyi qısa bir ad seçməlisən. Sonda səhnə adımın Hiss olmasına qərar verdik Kliplərdə çox sərt görünsəm də, əslində bu ləqəblə emosionallığım üst-üstə düşür”.

Reper Aslıxanla əməkdaşlıq edən ifaçı onunla birlikdə hazırladıqları “Qorxuram” adlı yeni layihəsindən də söz açıb:

“Mahnının mövzusu Azərbaycan qadınının qorxularından bəhs edir. Əminəm ki, çox uğurlu olacaq. Çünki cəmiyyətimiz üçün aktual mövzudur. Nədən danışdığını demək istəmirəm, ümumi şəkildə onu deyə bilərəm ki, Azərbaycan qadınları tək qalmaqdan qorxur. Məndən soruşsanız, yox deyərəm. Təkliyimdən zövq alan biriyəm”.

Aytən Məftun


Xəbərin orijinal ünvanı: https://publika.az/projects/xususi/297883.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR