Lənkəran Peşə liseyində tədbir -

Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Cəlilabad Regional Mərkəzi,Respublika QİÇS-ləMübarizə Mərkəzi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi ilə birgə 1 dekabr-Ümumdünya QİÇS-lə Mübarizə Gününə həsr olunmuş maarifləndirmə həftəsi çərçivəsində Lənkəran Peşə Liseyində maarifləndirmə tədbiri keçirilib.

Metbuat.az xəbər verir ki, xədbirdə Respublika QİÇS-lə Mübarizə Mərkəzinin şöbə müdiri Natiq Zülfüqarov çıxış edərək 1 dekabr-Ümumdünya QİÇS-ləMübarizə Günü, bugününqeyd olunmasınınəsas məqsədi,insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin (AİDS) səhiyyəyə məlum olma tarixi, onun ağır sosial-iqtisadi nəticələri, yoluxma və qorunma yolları, bununla bağlı ölkəmizdəki və dünyadakı vəziyyət, görülən tədbirlər və digər işlər barədə geniş məlumat verib. N.Zülfüqarov 1988-ci ildə təsis edilmiş AİDS-lə Mübarizə Gününün dünya ölkələrinin QİÇS-in profilaktikasında əhalinin ümumi məlumatlılığının artırılmasına çağıran BMT sammitindən sonra təsis edildiyini qeyd edib.

Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Z.İsmayılov çıxış edərək AİDS və İnsan hüquqları və “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun mühüm müddəalarını diqqətə çatdırmış, müvafiq Qanunun qəbul edilməsinin bu infeksiyaya qarşı kompleks tədbirlərin həyata keçirilməsinə zəmin yaratdığını vurğulayıb. Natiq Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli 800 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyası”na uyğun olaraq hazırlanmış “2016-2020-ci illər üçün İİV/QİÇS-lə mübarizə üzrə Tədbirlər Proqramı”nın mahiyyət və əhəmiyyəti barədə genış bilgi verib.

DQİDK-nin Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli çıxış edərək dövlət tərəfindən gənclərin zərərli vərdişlərdən və yad təsirlərdən qorunması istiqamətində mühüm işlər görüldüyünü qeyd edib. E.Həmidli gənclərimizin həm fiziki, həm də mənəvi baxımdan sağlam ruhlu olmasının vacibliyini diqqətə çatdırıb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR