Messi 6-cı dəfə "Qızıl top"u qazandı

Messi 6-cı dəfə "Qızıl top"u qazandı
07:17 3 Dekabr 2019
155 İdman
Ölkə mətbuatı
A- A+

"France Football" nəşri tərəfindən ilin ən yaxşı futbolçusuna verilən "Qızıl top" mükafatının builki sahibi müəyyənləşib.

Milli.Az xəbər verir ki, qalibin adı Parisin "Teatr ve Opera Binası"nda keçirilən mərasimdə açıqlanıb. Bu, Argentina millisinin və "Barselona"nın kapitanı Lionel Messidir. 32 yaşlı hücumçu karyerası ərzində rekord sayda - 6-cı dəfə bu mükafata layiq görülüb. Bununla da o, "Qızıl top" sayında "Yuventus"un hücumçusu Kriştiano Ronaldonu geridə qoyub.

Qeyd edək ki, "Qızı top"a əsas namizəd kimi Messidən başqa, Kriştiano Ronaldo ("Yuventus", Portuqaliya) və Vircil van Deyk ("Liverpul", Niderland) də göstərilirdi.

"Qızıl top"a namizədlərin ilk 10-luğu belədir:
 
1. Lionel Messi (Argentina, "Barselona")

2. Vircil van Diyk (Niderland, "Liverpul")

3. Kristiano Ronaldo (Portuqaliya, "Yuventus")

4. Sadio Mane (Seneqal, "Liverpul")

5. Məhəmməd Salah (Misir, "Liverpul")

6. Kilian Mbappe (Fransa, PSJ)

7. Alisson Bekker (Braziliya, "Liverpul")

8. Robert Levandovski (Polşa, "Bavariya")

9. Bernardo Silva (Portuqaliya, "Mançester Siti")

10. Riyad Mahrez (Əlcəzair, "Mançester Siti")

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/807193.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR