Hakerlər 12 ölkənin hotellərinə hücum etdilər: müştərilərin şəxsi məlumatları oğurlandı

Hakerlər 12 ölkənin hotellərinə hücum etdilər: müştərilərin şəxsi məlumatları oğurlandı
10:05 3 Dekabr 2019
109 Dünya
Ölkə mətbuatı
A- A+

Hakerlər dünyanın 12 ölkəsində yerləşən 20-yə yaxın hotelə kiber hücum təşkil ediblər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bunu "Kaspersky laboratory" şirkətindən bildiriblər.

Məlumata əsasən hücuma məruz qalan hotellər Braziliya, Argentina, Boliviya, Çili, Kosta-Rika, Fransa, Meksika, İtaliya, Portuqaliya, İspaniya, Tailand və Türkiyədə yerləşir.

Hakerlər hücum üçün ziyanverici troyan proqramlarından istifadə ediblər. Onlar  "Word", "Excel", "PDF" fayllarına yeridilib və bron sifarişi şəklində hotellərin elektron ünvanlarına göndərilib.

"Kaspersky lab" bildirir ki, rəsmi sənədlərin də sürətlərini özündə daşıyan belə göndərişlər çox real görünür:

"Yalanı ifşa edən yeganə səhv - şirkətin domeninin yazılışındadır".

Hücumda "RevengeHotels", "ProCC" və digər haker qruplaşmalarının əli olduğu ehtimal edilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/807231.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR