Cəlilabadda 6690 manatlıq qızıl-zinət əşyaları oğurlanıb

Cəlilabadda 6690 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
12:22 4 Dekabr 2019
79 Digər
Ölkə mətbuatı
A- A+

Cəlilabad rayonunda 6690 manatlıq qızıl-zinət əşyaları oğurlanıb.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, Kriminalistik Tədqiqatlar İdarəsi, Təhlükəsiz Şəhər Xidməti və Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 1-də Cəlilabad rayonu ərazisindəki evlərin birindən 265 manat, 800 ABŞ dolları və 6690 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Z.Xasayzadə, İ.Mikayılov, E.Məmmədov və E.Həsənova saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/celilabadda-6690-manatliq-qizil-zinet-esyalari-ogurlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR