NATO Estoniyada genişmiqyaslı kibertəlimlərə başlayıb

NATO Estoniyada genişmiqyaslı kibertəlimlərə başlayıb
08:42 5 Dekabr 2019
Ölkə mətbuatı
A- A+

Estoniyada NATO-nun "Cyber Coalition" adlı kibertəlimləri başlayıb. Tədbir Estoniya Müdafiə Qüvvələri Akademiyasının bazasında keçirilir.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, 27 dövlətin iştirak etdiyi kibertəlimlərdə kibertəhlükəsizlik sahəsi üzrə minə yaxın mütəxəssis NATO-nun Rabitə və İnformasiya Agentliyi tərəfindən hazırlanan mürəkkəb senarilərdə öz bilik və bacarığını sınayacaq.

Məlumata görə, NATO-nun aparıcı təlimlərindən olan "Cyber Coalition" dünyada ən böyük təlimlərdən biridir. Bu il təlimlər say etibarilə 12-ci dəfədir keçirilir. Təlimlər zamanı mütəxəssislərin Şimali Atlantika Alyansı üzrə kibermüdafiə sahəsində bacarıqları sınaqdan keçiriləcək və onların milli şəbəkələri və NATO şəbəkələrini qorumaq imkanları yoxlanılacaq.

Kibertəlimlərin məqsədi NATO və müttəfiqlər arasında koordinasiya və əməkdaşlığın yaxşılaşdırılması, alyansın kiberməkan müdafiəsinin gücləndirilməsi, onun kiberəməliyyatlar aparmaq imkanının təkmilləşdirilməsi, eləcə də NATO və dövlət prosedurlarının informasiya mübadiləsi sahəsində məşq edilməsidir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/807286.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR