Bakıda qətl törədilib.
Publika.az xəbər verir ki, Xətai rayonu, General Mehmandarov küçəsi 16 ünvanında yerləşən və Tofiq adlı şəxsə məxsus olan avtoyuma məntəqəsində Zaqatala rayon sakini, 1982-ci il təvəllüdlü Əfqan Nadir oğlu Mustafayevin meyiti tapılıb. İlkin baxış zamanı onun üzərində xəsarət aşkarlanmasa da, tibbi ekspertiza nəticəsində qabırğasının sındığı müəyyən edilib.
Onun kim tərəfindən döyülərək öldürülməsi hələlik məlum deyil. Ölən şəxsin həmin məntəqədə işlədiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.