"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Almaniyanın “Deutsche Bank”nın "İnkişaf etməkdə olan bazarların perspektivləri - 2020" icmalında bildirilir.
Sənəddə həmçinin deyilir ki, bu il Rusiyada iqtisadi artım tempi 1,2%, gələn il isə 1,6% təşkil edəcək. “Deutsche Bank” hesab edir ki, Rusiya Bankının (Mərkəzi Bank) dekabrın 13-də keçiriləcək iclasında uçot dərəcəsi 6,5% -dən 6,25% -ə endiriləcək və bu yolla iqtisadiyyat dəstəklənəcək.
Bundan başqa, Bankın proqnozuna əsasən, 2020-ci ilin I yarısında Rusiyada 1 ABŞ dolları 62,5 rubla bərabər olacaq. II yarımildə isə məzənnə 63,5 rubla qalxacaq.