x
Loading...

Gemballa öz hiperkarının yeni tizerlərini dərc edib - FOTO

Gemballa öz hiperkarının yeni tizerlərini dərc edib - FOTO
22:32 8 Dekabr 2019
Ölkə mətbuatı
A- A+

Gemballa tüninq atelyesi Porsche avtomobillərinin təkmilləşdirilməsi ilə məşhurlaşıb. Buna baxmayaraq, alman atelyesi öz avtomobilini yaradan şirkətlər cərgəsinə qoşulmaq arzusundadır. 2010-cu ildən bu günə qədər ilk dəfədir ki, atelye yeni superkarın buraxılmasını dəstəkləyəcək sərmayədarları axtarır.

Milli.Az autograph.az-a istinadən bildirir ki, yeni superkar hələlik tizer şəklində mövcud olsa da, Gemballa firmasının bu superkar üçün ambisiyalı planları var. Layihənin müəllifləri superkarı xüsusi fərəhlə "güzəştsiz", "radikal", "təmiz" və "dəbdəbəli" kimi sözlərlə xarakterizə edirlər. Atelyenin sahibi və rəhbəri Şteffan Korbax söhbətin konstruktiv cəhətdən aqressiv və 800 at qüvvəli mühərriki olan avtomobildən getdiyini bildirib.

Atelyenin dərc etdiyi yeganə tizer almanların ciddi dəqiqliklə işlənilmiş aerodinamikaya malik olan ortamühərrikli kupe hazırlamaq istədiklərini göstərir. Atelye nümayəndələri superkarın 100 km/saat həddinə 2,5 saniyəyə sürətlənəcəyini bildiriblər. Eyni zamanda, avtomobilin alüminium və karbondan hazırlanacağı və "innovasion transmissiyaya" malik olacağı bildirilib.

İlkin məlumatlara görə, superkarın prototipi yaxın zamanlarda potensial müştərilərə nümayiş etdirilməlidir. İlk sınaq prototiplərinin isə 2020-ci illərdə peyda olacağı gözlənilir. Bu layihəyə sərmayə qoyacaq sərmayədarların tapılması halında superkarın istehsalına 2022-ci ildə başlanacaqdır. Avtomobilin qiyməti və tirajı hələlik məlum deyil.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/799127.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR