“Bu, karyeramın ən yaxşı qolu idi” - Luis Suares

“Bu, karyeramın ən yaxşı qolu idi” - Luis Suares
10:42 9 Dekabr 2019
141 İdman
Ölkə mətbuatı
A- A+

İspaniya La Liqasının 16-cı turu çərçivəsində "Malyorka"ya 5:2 hesabıyla qalib gələn "Barselona"nın hücumçusu Luis Suares açıqlama verib.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, katalonların 4-cü qolunun müəllifi olan uruqvaylı futbolçu, vurduğu qolla bağlı danışıb:

"Bu, karyeramın ən yaxşı qolu idi. Topa zərbə endirməli idim və son variant dabanla vurmaq idi. Baş məşqçimiz Ernesto Valverde bəzən sadə epizodlarda qol vura bilmədiyimi, amma çətin vəziyyətlərdə fərqləndiyimi deyir. Bu gün belə anlardan biri idi. Oyunların gedişatında müəyyən inam qazanacağıq".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/808857.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR