Parlament sədri: “Gürcüstan üçün “Şərq tərəfdaşlığı” ölkələri ilə əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir”

Parlament sədri: “Gürcüstan üçün “Şərq tərəfdaşlığı” ölkələri ilə əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir”
14:37 9 Dekabr 2019
87 Digər
Ölkə mətbuatı
A- A+

“Gürcüstan üçün “Şərq tərəfdaşlığı”na üzv ölkələrlə əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir”.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürücstan parlamentinin sədri Arçil Talakvadze Avronest Parlament Assambleyasının Tbilisidə keçirilən VIII plenar sessiyasında çıxışında bildirib.
Onun sözlərinə görə, Avropa İttifaqının “Şərq tərəfdaşlığı” təşəbbüsü regionda sabitlik və demokratik inkişafa dəstək verir.
Spiker “Şərq tərəfdaşlığı” ölkələrində həll olunmamış münaqişələrin olduğunu təəssüflə qeyd edib.
A.Talakvadze deyib ki, iqtisadi inkişaf , demokratikləşmə və sosial rifahın yüksəldilməsi yolu ilə bölgədə mövcud çağırışların öhdəsindən gəlmək mümkündür. “Əminəm ki, Gürcstanda demokratik inkişaf və tərəfdaşlarla sıx əməkdaşlıq yolu ilə çağırışların aradan qaldırılmasına nail olunacaq”.   

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/parlament-sedri-gurcustan-ucun-serq-terefdasligi-olkeleri-ile-emek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR