Yeni Zellandiya Baş naziri Cakinda Ardern mətbuat konfransında bildirib ki, partlayış anında adada təxmini 50 nəfər olub.
Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, verilən məlumatlara görə yerli saatla 14:30-da baş verən partlayış nəticəsində 23 nəfər yaralanıb, 5 nəfərin isə öldüyü bildirilir. Hələ də adada xilas edilməyi gözləyən insanların qaldığı qeyd edilib.