Maksim Oreşkin: Azərbaycan-Rusiya münasibətləri yeni səviyyəyə keçib

Maksim Oreşkin: Azərbaycan-Rusiya münasibətləri yeni səviyyəyə keçib
16:43 9 Dekabr 2019
Ölkə mətbuatı
A- A+

Bakı. Eldar Canaşvili - Trend:

Azərbaycan-Rusiya münasibətləri yeni səviyyəyə keçib.

Trend-in məlumatına görə, bunu Rusiyanın İqtisadi İnkişaf naziri Maksim Oreşkin deyib.

O qeyd edib ki, bu gün iki protokolun imzalanması, “HayatFarm” əczaçılıq məhsulları zavodunun açılışı, helikopter təmiri və xidməti zavodunun və “Penopleks” tikinti materialları zavodunun təməlinin qoyulması Azərbaycan-Rusiya münasibətlərini ticarət səviyyəsindən dərin inteqrasiya səviyyəsinə yüksəldib:

“Aqrar-sənaye kompleksi sahəsində əməkdaşlıq proqramının imzalanması təkcə aqrar qida məhsullarının mübadiləsini deyil, həm də gübrə, kənd təsərrüfatı və infrastrukturla mübadilə, baytarlıq və bitkiçilik sahəsində infeksiyalarla mübarizə üzrə təcrübə mübadiləsini nəzərdə tutur”.

Nazir əlavə edib ki, turizm sahəsində imzalanan protokol isə qarşılıqlı turist axınının artırılmasını nəzərdə tutur.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/business/economy/3161118.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı