İngiltərə Premyer Liqasında 16-cı tura yekun vurulub.

Milli.Az xəbər verir ki, turun son matçında "Arsenal" səfərdə "Vest Hem"in qonağı olub. London derbisi "topçular"ın 3:1 hesablı qələbəsiylə başa çatıb.

Xallarını 22-yə yüksəldən "Arsenal" 9-cu pillədədir. "Vest Hem" isə 16 xalla 16-cı yerdədir.

"Vest Hem" - "Arsenal" 1:3

Qollar: Angelo Oqbonna, 38 - Qabriel Martinelli, 60, Nikolas Pepe, 66, Pyerr-Emerik Obameyanq, 69

Milli.Az