Aynişan Quliyeva xoşbəxtliyin SİRRİNİ AÇDI: “Camaata işgəncə verməyin”

Aynişan Quliyeva xoşbəxtliyin SİRRİNİ AÇDI: “Camaata işgəncə verməyin”
10:08 11 Dekabr 2019
160 Şou
Ölkə mətbuatı
A- A+

“Neçə vaxtdı bu statusu yazmaq istəyirdim, amma unudurdum. Demək istəyirəm ki, biraz tək gəzin, özünüzlə zaman keçirin. Misal üçün gedin bulvara, hava alın, musiqi də dinləyə bilərsiniz, amma lütfən yalnız pozitiv sözləri olan. Sevdiyiniz kafeyə gedib,sevdiyiniz yeməyi yemək üçün bir-bir bütün rəfiqələrinizə zəng etməyin, gedin tək yeyin. Alış-verişə də tək gedin, heç kimi bezdirməyin, sizinlə şoppinqdən yorulmayan varsa, onda olar, amma yoxdusa camaata işgəncə verməyin.

Gedin dəniz kənarı hər hansı ucuz bir kafe də oturun, çay və ya qəhvə sifariş edin, bir tərəfdən sifarişinizin qoxusu, bir tərəfdən də dənizin neft ətri gəlsin. Sizdə o arada kitab oxuyun. Maariflənin, misal üçün”.

Publika.az xəbər verir ki, bu sözləri Əməkdar artist Aybəniz Haşımovanın qızı, bloger Aynişan Quliyeva instaqramda yazıb. Xoşbəxtliyin sirrini izləyiciləri ilə bölüşən Aynişan hesab edir ki, insan ilk növbədə özünü olduğu kimi qəbul etməli və sevməlidir:

“Sözümün canı ondadır ki, özünüz özünüzlə xoşbəxt olun! Özünüzlə harmoniyada olun. Sevgini yetişdirin daxilinizdə. Hansısa qarşı cinsi təkcə nəzərdə tutmuram, bütün var olan hər şeyə sevgi verin. Siz özünüzlə xoşbəxt ola bilməsəz, inanın sizinlə heç kim xoşbəxt olmayacaq. Sevin özünüzü, özünüzlə zaman keçirməyi. Kimisə gözləməyin ki, gəlib sizi xoşbəxt edəcək. Siz xoşbəxt olsanız, sizi xoşbəxt edəbiləcək hər şey gəlib sizi tapacaq!”


Xəbərin orijinal ünvanı: https://publika.az/news/magazin1/298752.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR