Auditorlar Palatası imtahan keçirəcək

Auditorlar Palatası imtahan keçirəcək
13:32 11 Dekabr 2019
74 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Auditorlar Palatası Şurasının növbəti iclası keçirilib.
“Report” quruma istinadən xəbər verir ki, iclasda Şura üzvləri və Şura yanında Komitə sədrləri iştirak ediblər.
İclas iştirakçıları aşağıdakı məsələləri müzakirə edərək müvafiq qərarlar qəbul edib:
- Şura yanında Keyfiyyətə nəzarət üzrə komitənin 2019-cu ilin 9 ayı üzrə fəaliyyətinin yekununa dair hesabat;
- Auditorlar Palatasının 2019-cu il üzrə iş planında dəyişiklik edilməsi;
- Auditorlar Palatasının “Fəxri üzv” statusu verməsi;
- Ölkə ərazisində auditor fəaliyyəti ilə məşğul olmaq üçün icazələrin qüvvədəolma müddətinin başa çatması ilə əlaqədar imtahan keçirilməsi. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/auditorlar-palatasi-imtahan-kecirecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR