Avropa Liqasında qrup mərhələsinin sonuncu turunun ən yaxşı futbolçusu müəyyənləşib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, UEFA-nın keçirdiyi səsvermədə azarkeşlər 4 namizəd arasında seçim edib.

Nəticədə "Mançester Yunayted"in hücumçusu Meyson Qrinvud turun ən yaxşısı seçilib. 18 yaşlı ingilis futbolçu sonuncu turda komandasının Niderland "AZ Alkmaar"ına 4:0 hesabıyla qalib gəldiyi oyunda dubla imza atmaqla buna nail olub.

Qrinvud digər iddiaçılar Joris Nyanyon ("Renn"), Bukayo Saka ("Arsenal") və Dioqu Jotanı (Vulverhempton") qabaqlamağı bacarıb.

Milli.Az