Zəvvarların olduğu avtobus 500 metr hündürlükdən aşıb - ölənlər var

Zəvvarların olduğu avtobus 500 metr hündürlükdən aşıb - ölənlər var
14:50 15 Dekabr 2019
108 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Nepalın Sindhupalçok rayonunda avtobusun 500 metr yüksəklikdən düşməsi nəticəsində ən az 13 nəfər ölüb, onlarla insan yaralanıb.

Trend-in məlumatına görə, bu barədə "Himalayan Times" qəzeti bildirib.

Məlumata əsasən, zəvvarları daşıyan avtobus sürücüsü idarəetməni itirib, nəticədə avtobus 500 metr yüksəklikdən aşıb. Hakimiyyət orqanları bildirib ki, qurbanların sayı arta bilər.

Hazırda polis və yerli sakinlər xilasetmə əməliyyatı aparır. Zərərçəkənlər yaxınlıqdakı tibbi müəssisələrə çatdırılıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/other/world/3163997.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR