Çinin dövlət telekanalı Özilə görə "Arsenal" - "Mançester Siti" matçını yayımlamayacaq

Çinin dövlət telekanalı Özilə görə "Arsenal" - "Mançester Siti" matçını yayımlamayacaq
15:37 15 Dekabr 2019
98 Digər
Ölkə mətbuatı
A- A+

Çinin "CCTV" dövlət telekanalı İngiltərə Premyer Liqasında XVII turun bu gün keçiriləcək "Arsenal" - "Mançester Siti" matçının yayımını ləğv edib.
"Report"un məlumatına görə, telekanal bu görüşün əvəzinə "Vulverhempton" - "Tottenhem" oyununun video-yazısını nümayiş etdirəcək. 
CCTV-nin qərarının "Arsenal"ın yarımmüdafiəçisi Məsut Özilin bu yaxınlarda sosial şəbəkədə yazdığı fikirlərlə əlaqədar olduğu bildirilir. 
Türk əsilli futbolçu Çində uyğurların sıxışdırılmasını mühakimə edərək, müsəlmanları bu problemə susqun qalmaqda ittiham edib. Sonradan "Arsenal" klubu rəsmi açıqlama ilə Özilin şəxsi fikirlərini ifadə etdiyini vurğulayıb.
Qeyd edək ki, Çin hökuməti türkdilli xalq olan uyğurlara qarşı repressiya siyasəti aparmaqda, onların dini və mədəni hüquqlarını məhdudlaşdırmaqda günahlandırılır. Çinin Sintszyan-Uyğur muxtar bölgəsindən 10 milyonadək uyğur yaşayır.  

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/cinin-dovlet-telekanali-ozile-gore-arsenal-mancester-siti-matci

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR